Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Nikahdankənar doğulan uşaqların atası necə müəyyən edilir?
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ildə nikahdankənar 15 622 uşaq dünyaya gəlib. Bu say 2022-ci ildə 18 814, 2020-ci ildə 17 714 nəfər olub. Son 10 il ərzində rekord göstərici isə 2016-cı ildə müşahidə olunub. Həmin ildə 26 288 uşaq nikahdankənar doğulan kimi qeydə alınıb. Bu rəqəmlər sual yaradır.
Diqqət ediləsi bir neçə məqam var: atanın kimliyi bəlli olduğu halda rəsmiləşdirilməyən və atanın kimliyinin qeyri-müəyyən olduğu hal. Əgər ananın özü də uşağın atasının kimliyini bilmirsə, sənədləşmə prosesi və atalıq necə müəyyən olunur?
Hüquqşünas Hikmət Əliyevin sözlərinə görə, uşağın mənşəyi 2 şəkildə müəyyən oluna bilər:
"Bu, könüllülük və ya məhkəmə qaydasında mümkündür. Uşaq nikahdankənar dünyaya gəldikdə atalığın müəyyən olunması ilə bağlı valideynlərin birgə ərizəsi və ya məhkəmə qətnaməsi tələb olunur. Əgər bunlar yoxdursa, Ailə Məcəlləsinə əsasən, uşağın doğum haqqında şəhadətnaməsində soyadı ananın soyadı olaraq qeyd edilir. Ata və baba adları isə ananın göstərişinə əsasən əlavə edilir".
Daha ətraflı Baku TV-nin videomaterialında:

"Ailə Məcəlləsi" teqi üzrə xəbərlər
- Həbsdə olan atadan aliment istəmək: QANUN, yoxsa BOŞLUQ?
- "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Qanuna dəyişiklik edilməsi təklif olunur
- "Kirayə verilən" qadın bətni: Azərbaycanda daşıyıcı analıq qanunidir?
- Parlament yetkinlik yaşına çatmayanların işləri ilə bağlı əsasnaməyə dəyişikliyi qəbul edib
- Aliment borcunun silinməsi ilə bağlı Ali Məhkəmədən mühüm QƏRAR