Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
![Türkiyədə tarixi kəşfiyyat sənədi dərc olundu: Atatürkdən müsahibə almaq istəyən jurnalist kim idi?](https://images.oxu.az/2025/02/16/YsGq8Z9mQ86TOHY2QN0qgqC1hjJuA3GIckQgCrVf:1200.webp)
Türkiyədə tarixi kəşfiyyat sənədi dərc olundu: Atatürkdən müsahibə almaq istəyən jurnalist kim idi?
Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) Atatürkdən müsahibə istəyən ingilis jurnalist qadınla bağlı aparılan araşdırmanın nəticələrini əks etdirən tarixi hesabatı ictimaiyyətlə paylaşıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Haber Global" məlumat verib.
MİT-in rəsmi internet saytındakı "Xüsusi kolleksiya" qeydi altında "Sənədlər" bölməsində dərc edilən yeni hesabat 31 may 1935-ci il tarixli kəşfiyyat hesabatına əsaslanır. Qeyd olunur ki, Atatürk ingilis qadının casus ola biləcəyindən şübhələnib. Qadın İstanbulda "Pera Palas"da katibi ilə birlikdə qaldığı zaman Atatürkdən müsahibə istəyib.
Hesabatda İstanbul Büro Müdirliyinin həmin qadınla bağlı apardığı hərtərəfli araşdırma və müşahidələr yer alıb. Həmçinin vurğulanıb ki, qadının sənədləri yoxlanılmalıdır.
Bundan əlavə, qadının fotoşəkilləri hesabata əlavə edilib. Bildirilir ki, Atatürk qadının məqaləsini oxuyub. Məqalə ona maraqlı gəlib və məmnunluğunu ifadə edib.
MİT-in paylaşdığı bu sənədlər 90 ildən sonra ictimaiyyətə təqdim edilib.
Daha ətraflı videoda:
![](https://img.youtube.com/vi/fo-WnqOJddY/sddefault.jpg)
"Mustafa Kamal Atatürk" teqi üzrə xəbərlər
- Azərbaycan dövlət qurumlarından Atatürkün anım günü ilə bağlı paylaşımlar
- Türkiyəli şəhid övladları: "Ulu öndərlər Mustafa Kamal Atatürk və Heydər Əliyevin yolu ilə gedirik"
- Atatürkün indiyə qədər məlum olmayan məktubu üzə çıxıb
- Bir əsr öncəki müqavilənin təkmil forması: Şuşa Bəyannaməsi türk dünyasını daha da gücləndirəcək
- Zakir Həsənov Türkiyənin Müdafiə Sənayesi Komitəsinin sədri ilə görüşüb - YENİLƏNİB + FOTO