“Şuşada ermənilərin təxribatları haqqında çox eşitmişəm. Səfərimiz zamanı onları görəcəyik”.
Oxu.Az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Kimya üzrə Nobel mükafatı laureatı Əziz Sancar deyib.
Onun sözlərinə görə, Şuşaya böyük sevinc və istəklə gedir:
“Oranı yenidən bərpa edəcəyik”.
Əziz Sancar qızların təhsildə rolundan danışıb:
“Elmə yatırım etmək lazımdır. Xüsusilə qızları oxutmalıyıq. Qızlarımızı oxutmasaq, insan gücümüzün 50 faizini itiririk. Bütün Qərb ölkələri insan gücünün 50 faizini istifadə edirsə, bizdə bu, 10 faiz təşkil edir” .
İlhamə Əbülfət