Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Nüfuzlu şəxslərin adından saxta məlumatlar yayılır - AÇIQLAMA
"Dezinformasiya, nüfuzlu şəxslərin adından saxta məlumatların yayılmasında artım tendensiyası var".
Bunu "Report"a açıqlamasında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Tural Məmmədov deyib.
O qeyd edib ki, II Qlobal Media Forumunda Prezident İlham Əliyev də bildirib ki, hətta onun adından da feyk xəbərlər, videomüraciətlər hazırlanıb:
"Prezidentin son illər fəaliyyəti, dünyada nüfuzunun artması onu da dələduzların istifadə edəcəyi nüfuzlu şəxslər siyahısına daxil edib. Bildiyiniz kimi, dörd gün bundan əvvəl saxta səhifə hazırlanıb, Prezident İlham Əliyevin ailə üzvlərinin adından investisiya yatırımları ilə bağlı saxta məlumat yayılmışdı. Bu kampaniya da tərəfimizdən aşkarlandı və müvafiq qurumlarla birgə ölkə ərazisində fəaliyyəti dayandırıldı".
T.Məmmədov qeyd edib ki, təmsil etdiyi dövlət xidmətinin fəaliyyət istiqamətlərindən biri də feyk xəbərlərin yoxlanılması, ümumiyyətlə dezinformasiya, kiberdələduzluq halları, dövlət strukturları, rəsmi şəxsləri hədəfləyən dələduzluq hallarının aşkarlanması, monitorinqi, araşdırılmasıdır.
"Biz də öz tərəfimizdən belə saxta məlumat və videoların dərhal aşkarlanması, bloklanması, mümkün qədər az auditoriyaya çatdırılması, vətəndaşları qorumaq məqsədilə aktiv fəaliyyət göstəririk", - o vurğulayıb.
"Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX)" teqi üzrə xəbərlər
- Uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankı yaradılacaq
- Azərbaycanın dövlət qurumlarına kiberhücumların sayı 15 faiz artıb
- Dövlət saytlarına kütləvi DDOS hücumları müşahidə olunur
- Prezident İlham Əliyev bir sıra qurumlarda maaşlarla bağlı fərmanlar imzaladı
- Bələdiyyə seçkisi ilə əlaqədar veb-kameralara texniki nəzarət mərkəzinə baxış keçirilib