Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Ərdoğan: "Türkiyə Şimali Kiprdə dəniz bazaları yarada bilər"
"Türkiyə lazım gələrsə, Kiprin şimalında öz hərbi dəniz bazalarını yaradacaq".
Oxu.Az Haber Global-a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şimali Kipr Türk Respublikasına (ŞKTC) səfərindən qayıdarkən bildirib.
Yunanıstanın öz hərbi dəniz bazasını Kipr Respublikası ərazisində yerləşdirmək planları ilə bağlı sualı cavablandıran Ərdoğan Ankaranın da əks addım ata biləcəyini deyib.
Türkiyə prezidenti bir daha bəyan edib ki, Kipr probleminin həlli yalnız bölünmüş adada iki dövlətin mövcudluğu faktını tanımaqla mümkündür.
"Hər gün daha aydın olur ki, iki dövlət modeli Kipr probleminin bərabər şərtlərlə yeganə həlli yoludur", - Ərdoğan qeyd edib.
"Rəcəb Tayyib Ərdoğan" teqi üzrə xəbərlər
- Ərdoğan Türkiyə üçün mövcudluq məsələsinə çevrilən problemi açıqlayıb
- Türkiyə prezidenti suriyalı qaçqın uşaqların qarşısında çıxış edib
- Ərdoğan Azərbaycana gələcək
- Ərdoğan zəlzələ ilə bağlı iclas keçirdi: "Bütün qurumlar fasiləsiz işləməyə davam edəcəklər"
- Ərdoğan öz vəzifəsini 4-cü sinif şagirdinə təhvil verdi