Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədinə qədər olan ödənişli avtomobil yolunun müharibə veteranları üçün pullu olması narazılıq yaradıb.
Oxu.Az xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə paylaşımlar edilib.
Məsələni aydınlaşdırmaq üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) sorğu ünvanladıq.
AAYDA-dan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, qurum ödənişli avtomobil yolunda nəqliyyat vasitələrinin gedişinin təşkili ilə bağlı tədbirlərin həyata keçirilməsini təmin edir:
“Qiymətlər isə Tarif Şurası tərəfindən müəyyən edilib. Şura ödənişli avtomobil yolu ilə nəqliyyat vasitəsinin gedişi üçün ödənişin məbləğini avtomobil yolunun dərəcəsi, nəqliyyat vasitəsinin qət etdiyi məsafə, çəkisi və ay ərzində gedişlərin sayı nəzərə alınmaqla təsdiq edib. Tariflər təsdiq edilərkən hər hansı güzəşt nəzərdə tutulmayıb”.
Əzizə İsmayılova
Rəylər