Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Oğurluq hadisəsi Bakının qəsəbəsinin bir hissəsini susuz qoydu - FOTO
Bakı şəhəri Suraxanı rayonu Əmircan qəsəbəsi İlham Şükürov küçəsində “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin 26 saylı su nasos stansiyasında oğurluq hadisəsi baş verib.
Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi məlumat yayıb.
Naməlum şəxs və ya şəxslər stansiyanın pəncərəsindəki mühafizə barmaqlıqlarını qıraraq içəri daxil olub, 2 ədəd elektrik idarəolunma lövhəsini sökərək oğurlayıb. Həmin avadanlıqlar stansiyanın 75 kilovoltluq 2 nasos qurğusunun idarə olunmasını təmin edirdi.
Elektrik idarəolunma lövhələrinin oğurlanması səbəbindən stansiyanın fəaliyyəti dayanıb və bu gün səhər saatlarından Əmircan qəsəbəsinin bir hissəsinə içməli suyun verilməsi mümkün olmayıb.
Baş vermiş hadisə ilə əlaqədar hüquq-mühafizə orqanlarına məlumat verilib. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən ərazidə təhqiqat və araşdırma işləri həyata keçirilir.
Eyni zamanda “Azərsu” ASC tərəfindən nasos stansiyasının fəaliyyətinin bərpası istiqamətində tədbirlər görülür.
"Azərsu ASC" teqi üzrə xəbərlər
- Prezident 2025-ci ilin prioritetini elan etdi - "Böyük Qayıdış proqramı"nın icrası sürətlənəcək
- Bakıda su borusunun partlaması nəticəsində fərdi evdə yaranan təhlükəli vəziyyətlə bağlı AÇIQLAMA
- Azərbaycanda vəzifəli şəxs vəfat etdi
- Azərbaycan Premyer Liqası: "Şamaxı" "Sumqayıt"a qalib gəldi
- Su idarəsi Bakıda iş apardı, vətəndaşa külli miqdarda ziyan dəydi
Rəylər