Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Ölkənin bəzi çaylarında sululuq artıb
Avtomat hidroloji stansiyaların mayın 9-da saat 10:00-a olan məlumatına əsasən, bəzi çaylarda sululuq artıb.
Bu barədə Oxu.Az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, Böyük Qafqaz ərazisindən axan Katexçayda 7 sm, Kür çayının aşağı axınında Kür-Surrada 19 sm, Kür-Salyanda 42 sm, Kür-Şirvanda 48 sm, Kür-Bankədə 21 sm, Araz çayının aşağı axınında Araz-Novruzluda 17 sm, Araz çayının yuxarı axınında isə 19 sm artım qeydə alınıb.
"Çaylarda vəziyyət" teqi üzrə xəbərlər
Ən çox oxunanlar