Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Azərbaycanda orta məktəbdə bıçaqlanma - 11-ci sinif şagirdi HƏBS EDİLDİ
Naxçıvanda orta məktəb şagirdləri arasında bıçaqlanma hadisəsi baş verib.
Oxu.Az-ın məlumatına görə, hadisə Babək rayonu, Məmmədrza-Dizə kənd tam orta məktəbində qeydə alınıb.
Məktəbin 11-ci sinif şagirdi Amin İsmayılov sinif yoldaşı Sərxan İbrahimovla dalaşıb. Hadisə nəticəsində S.İbrahimov yumruqla A.İsmayılovu gözündən vurub. Hadisədən bir gün sonra A.İsmayılov həmin orta məktəbdə işləyən anası S.İbrahimova irad bildirib. S.İbrahimov isə A.İsmayılovun anasına ağır cavab qaytarıb. Bunu görən A.İsmayılov üzərində gəzdirdiyi bıçaqla sinif yoldaşına iki zərbə endirib.
Faktla bağlı cinayət işi başlanıb və iş məhkəməyə göndərilib.
Məhkəmənin hökmü ilə A.İsmayılov 3 il 6 ay azadlıqdan məhrum edilib. A.İsmayılov cəzasını uşaq tərbiyə müəssisəsində çəkəcək.
Aqil Vəlili
"Bıçaqlanma hadisəsi" teqi üzrə xəbərlər
- Bakıda kütləvi davada 17 bıçaq zərbəsi alan şəxs HƏBS EDİLDİ
- Naxçıvanda dostlar dava saldılar, kuryer ofisiantı bıçaqladı
- Yeni həbsdən çıxmış şəxs obyekt sahibindən "haqq" istədi: "Günahın çoxdur, hər ay 50 manat ver"
- Tərtərdə oğlunu ürəyindən bıçaqlayan anaya hökm oxundu
- Taksidə yer üstündə adam bıçaqlayan hərəkat sədri HƏBS OLUNDU