İnternetdə Ukraynanın məşhur “Orel i reşka” telelayihəsinin Azərbaycana həsr olunmuş buraxılışının anonsu peyda olub.
Oxu.Az xəbər verir ki, bu dəfə verilişin qəhrəmanları Andrey Bednyakov və Nastya Korotkaya təkcə Azərbaycanın paytaxtı deyil, həm də Göyçay, Naftalan və Şəki kimi şəhərləri ziyarət ediblər.
Verilişin “Azərbaycan” adlı yeni buraxılışında Şəkidəki Xan sarayı, Göyçayda nar bayramı, Azərbaycanın mədəniyyəti və görməli yerləri barədə məlumat verilir.
Anonsda qeyd olunur ki, veriliş artıq bu bazar günü efirə çıxacaq.
Məşhur teleproqramın vətənimiz haqqında qısa videoçarxını təqdim edirik.