Norveçli dustaqlar İsveç həbsxanalarında cəza çəkə bilərlər.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, Norveçin ədliyyə naziri Anders Anundsen isveçli həmkarı Beatrise Aska müraciət edərək müvəqqəti olaraq İsveç həbsxanalarından istifadə etmələrinə icazə verməyi xahiş edib.
“Mən bilirəm ki, İsveç həbsxanalarında boş yerlər çoxdur və bu ölkədə islah-əmək müəssisələrinin bəziləri bağlanır. Bununla bağlı bəzi yerləri icarəyə verməyin mümkünlüyünü öyrənmək istəyirdim”.
Hazırda Norveçdə 1200-dən artıq ittiham olunan şəxs var ki, onlar həbsxanalarda yer çatışmazlığına görə cəzalarını çəkməyə başlamayıblar. Hazırda İsveç ərazisində 82 islah-əmək müəssisəsi var. Onlardan 4-ü bu yaxınlarda ölkədə dustaqların sayının az olması səbəbindən ixtisara salınıb.