Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
![Ötən ay KTM-ə zəhərlənmə səbəbi ilə 93 nəfər qəbul edilib, 4-ü ölüb](https://images.oxu.az/2024/11/28/Ns3oAWwXxUZ3Se7YL7cenIdL7jPL8Lsx0If8lacp:1200.webp)
Ötən ay KTM-ə zəhərlənmə səbəbi ilə 93 nəfər qəbul edilib, 4-ü ölüb
Bu ilin oktyabr ayı ərzində Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə zəhərlənmə səbəbi ilə 93 nəfər qəbul edilib, 4-ü ölüb.
Oxu.Az xəbər verir ki, bu barədə KTM məlumat yayıb.
Bildirilib ki, şöbəyə qəbul edilən xəstələrdən 42 nəfər dərmandan, 20 nəfər sirkə turşusundan, beş nəfər göbələkdən, dörd nəfər ilan sancmasından, dörd nəfər botulizmdən, dörd nəfər etanoldan, bir nəfər layelladan zəhərlənən şəxslərdir.
Eyni zamanda onlardan altısı allergik reaksiya, üçü fosfor üzvi birləşmələrdən, ikisi dəm qazından zəhərlənmə, iki nəfər isə həşərat sancması səbəbilə şöbəyə yerləşdirilib.
Həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən ikisi kişi, ikisi isə qadın olmaqla dörd nəfər ölüb. Bunlardan ikisi sirkə turşusu, biri layella sindromu və biri də göbələk zəhərlənməsindən olub.
"Kliniki Tibbi Mərkəz" teqi üzrə xəbərlər
- Küləkli havada neçə nəfər xəsarət alıb?
- Zəhərlənmə səbəbi ilə 102 nəfər KTM-ə qəbul edilib: Üçü ölüb
- Getdikcə kəskinləşən PROBLEM: Bölgələrdə həkim çatışmazlığı pik həddə
- Bakıda lüks avtomobilin törətdiyi qəzada xəsarət alan şəxsin son durumu AÇIQLANDI
- Dərmandan zəhərlənərək komaya düşən qadın sağaldı
Rəylər