Oxu.Az-ın fotosu “Apimages.com” platformasında dərc edilib.
Oxu.Az xəbər verir ki, işğalçı ermənilərin Ermənistan-Azərbaycan sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi təxribatları işıqlandıran fotoqraf Ramil Zeynalovun çəkdiyi fotolar sözügedən platformada həftənin şəkli olaraq seçilib.
Fotoda Tovuz istiqamətində gedən döyüşlər zamanı Ermənistan silahlı qüvvələri tərəfindən artilleriya atəşi nəticəsində yaşayış yeri yararsız hala düşən kənd sakini təsvir olunub.
Həmin fotonu təqdim edirik:
