Cəlilabad şəhər texniki və humanitar fənlər təmayüllü 8 saylı məktəb-lisey binasının qəzalı vəziyyətdə olması, sinif otaqlarında isitmə sisteminin olmaması ilə bağlı məlumat vermişdik.
Təhsil Nazirliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Cəlilabad şəhər texniki və humanitar fənlər təmayüllü 8 saylı məktəb-lisey binası təmir ediləcək:
“Belə ki, “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda sözügedən məktəbin əsaslı təmiri nəzərdə tutulub”.
Könül Cəfərli