Amerikalı rejissor Stiven Soderberqin 2000-ci ildə çəkdiyi “Erin Brokoviç” filmində məhsulları ətraf mühiti çirkləndirən böyük korporasiyadan söhbət gedir. Bunun nəticəsində zəhərlənmiş su hövzələrinin yaxınlığında yaşayan ailələr qurbana çevrilir: yüzlərlə insan zəhərli maddələrin təsirindən xərçəng xəstəliyinə yoluxur. Onların evlərini isə korporasiya satın alır.
Vəkil köməkçisi Erin Brokoviç işin heç də göründüyü kimi olmadığından şübhələnərək, şhəər meriyasının su təchizatı şöbəsindən korporasiyanın iç üzünü açan sənədləri aşkar edir. Erinin sayəsində yüzlərlə insan kompensasiya alırlar.
Oxu.Az xəbər verir ki, bu günlərdə “Zerkalo” qəzetinə Hacıqabul rayonu vətəndaş nəzarəti şəbəkəsinin işçi qrupunun rəhbəri Əhliman Məmmədovdan məktub daxil olub. Məmmədovun sözlərinə görə, bir neçə ay əvvəl Padar kəndinin sakinləri onun rəhbərlik etdiyi qrupa müraciət ediblər.
“Sakinlər bizə deyiblər ki, 1986-cı ildə onların kəndinin yaxınlığında dəmir yolu qəzası baş verib, fenolla yüklənmiş iki vaqon relsdən çıxıb. O zaman yerli rəhbərlik çox düşünmədən bu iki vaqonu elə kəndin yaxınlığında basdırıblar. Sakinlər bu vaqonları ərazidən yığışdırmaqda kömək istəyiblər. Biz isə öz növbəmizdə Ekologiya Nazirliyinə məlumat verdik” – deyə, Əhliman Məmmədov vurğulayıb.
Məmmədovun məktubuna əsasən, sakinlərin müraciətindən sonra hadisə yerinə Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri gəliblər.
“Onlar kəndin radiasiya fonunu yoxlayıblar və bu nəticəyə gəliblər ki, kəndin ərazisində fenolla dolu vaqonların olması insanların sağlamlığı üçün çox təhlükəlidir. Lakin onlar eyni zamanda bəyan ediblər ki, bu məsələ ilə yalnız Fövqəladə Hallar Nazirliyi məşğul olmalıdır” – deyə, işçi qrupunun rəhbəri bildirib.
Əhliman Məmmədov yazır ki, bundan sonra kəndə FHN-nin nümayəndələri gəliblər.
“Onlar həqiqətən də bu vaqonları qazıb çıxardılar. Lakin işlərin görülməzi zamanı gözlənilməz hadisə baş verib. Vaqonlardan biri zədələnib və nəticədə onun içindəki fenol yerə axıb. Kənd sakinlərinin sözlərinə görə, FHN-nin əməkdaşları yalnız yerə tökülmüş fenolu torpaqla örtməklə kifayətləniblər. Lakin bu problemi həll etməyib” – işçi qrupunun rəhbəri məktubda yazır.
Məmmədovun iddialarına görə, baş vermiş hadisə yaxınlıqdakı evlərdə yaşayan insanların sağlamlığına mənfi təsir göstərir.
“Onlar son vaxtlar tez-tez müşahidə olunan baş ağrıları və ürək ağrılarından şikayətlənirlər. Onların rəyinə görə bunun səbəbi həmin fenoldadır” – deyə, qeyri-hökumət təşkilatının nümayəndəsi öz məktubunda qeyd edir.
Bununla yanaşı, ru.wikipedia.org saytında yerləşdirilmiş məlumata görə, fenol dağılmış yerin yaxınlığında, onun zibilliyinə yaxın ərazidə yaşayan insanlar zəhərli maddənin təsirinə daha çox məruz qalırlar.
Təmiz halda fenolun güclü iyi var – o, həddən artıq şirin və qıcıqlandıran qoxu verir. Fenol su quyularından su təchizatı mənbəyi kimi istifadə edən evlərin yaxınlığındakı zibilliyə atılarsa, o, suyu zəhərləyə bilər.
Fenolu insanların yaşadığı ərazidə yerə axıtdıqda o zaman insanlar, xüsusilə də tərkibində fenol olan torpaqla oynayan uşaqlar onun təsirindən zərər çəkə bilərlər. Dərinin fenol yaxud da udulan məhsullarla əlaqəsi təsir riskini artıra bilər.
Biz özümüz Padar kəndində getməyi və məktubda göstərilən faktları araşdırmaq qərarına gəldik.
Qeyd etmək lazımdır ki, bu kənd dəmir yolunun bilavasitə yaxınlığında yerləşir.
Вокруг места катастрофы стоял сильный запах, который мешал дышать.
Fəlakət yerində nəfəs almağa mane olan güclü iy müşahidə olunurdu.
Kənd sakini İlahə Allahyarovanın bəyan etdiyinə görə, fəlakətdən sonra onun kiçik qızında güclü ürəkbulanmalar müşahidə olunmağa başlayıb: “Mənim özümün isə ürəyim ağrımağa başlayıb”.
İlahə Allahyarova həkimlərə müraciət edib.
“Onlar xeyli miqdarda pul xərcləməli olduğum çoxlu dərman resepti yazıblar. Ərim 100 manatdan bir az çox pul qazanır. Mən işləmirəm. Mənim özüm və qızım üçün dərmana xərcləməyə pulum yoxdur” – deyə, o, “Zerkalo”ya bildirib.
Digər kənd sakini Lətafət Ağayeva deyir ki, hətta isti havada pəncərələri bağlayır, çünki kənddə bütün günü kəskin fenol qoxusu hiss olunur.
“İstəmirəm ki, uşaqlarım bu zəhərli hava ilə nəfəs alsınlar” – deyə, o bildirib.
Ağayevanın sözlərinə görə, o, bütün cəhdlərə baxmayaraq uşaqlarını qoruya bilməyib.
“Mənim qızım ağır xəstəliyə düçar olub. Heç bilmirəm nə edim” – deyə, o qeyd edib.
Такие же проблемы испытывает и проживающая в селе Падар Махбуба Аллахъярова.
Bundan başqa, Padar kəndində yaşayan Məhbubə Allahyarova adlı qadın da problemlərlə üzləşib.
“Mənim qızım bu fəlakətdən sonra pis xəstələndi. Fenol təkcə uşaqlarımız deyil, bizim özümüzə də pis təsir göstərir. Bir ay ərzində bütün kənd sakinlərində ürəkbulanma və başgicəllənmələr başladı” – deyə, Məhbubə Allahyarova bildirib.
Kənd sakini Nurəddin Allahyarov aşağıdakı məqama diqqət yetirib:
“Bizim zəhərlənmiş torpağımızın yaxınlığından kanal çəkilir və həmin kanaldan torpaqları suvarmaq üçün istifadə olunacaq. Təsəvvür edin bu zəhər suya keçəndə nə olacaq”.
“Bəs İcra Hakimiyyətinin yerli nümayəndəsi və bələdiyyə rəhbəri nə tədbirlər görürlər?” sualına kənd sakinləri belə cavab veriblər:
“Onlar bizə təskinlik verirlər. Bələdiyyə rəhbəri Sədaqət Rəşidov və İcra Hakimiyyətinin kənddəki nümayəndəsi Mətləb Səfərov deyirlər ki, tezliklə fenolla bağlı problem həllini tapacaq və bütün zəruri tədbirlər görüləcək. Lakin bununla belə bu müvafiq tədbirlərin nə vaxt görüləcəyini açıqlamırlar”.
Biz bələdiyyə rəhbəri və icra nümayəndəsi ilə əlaqə saxlamaq istədik. Lakin cəhdlərimiz bir fayda gətirmədi, çünki kənd sakinləri onların hər ikisinin seçkilərlə əlaqədar Bakıda olduqlarını dedilər.
O zaman məsələyə Hacıqabul rayon İcra Hakimiyyətinin münasibətini, onların bu istiqamətdə hansısa tədbirlər görüb-görmədiyini öyrənməyi qərara aldıq. Lakin İcra Hakimiyyətinin Asabir adlı mətbuat katibi (soyadını deməkdən imtina etdi) bildirdi ki, “bizə fenol problemi haqqında heç bir şey məlum deyil”.
“Zerkalo” bu məsələ ilə bağlı Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin rəyini də öyrənmək istədi. Lakin nazirlikdən edilən zənglərə heç bir cavab verilməyib.