Ölkəmizdə koronavirusdan sağalanların sayı artır. Şübhəsiz ki, hər bir insan həyatının xilas olmasının arxasında fədakar həkim əməyi dayanır. Evindən, ailəsindən uzaq düşsələr də, onlar hər bir xəstəni doğmalarına qovuşdurmaq üçün yorulmadan çalışırlar.
Baku TV əməkdaşları Cəlilabadda fədakar həkimlərdən birinin ailəsinin qonağı olub.
Astara Mərkəzi Rayon Xəstəxanasında növbədə olan həkim Sənan Rzayev ailəsi ilə görüşə bilməsə də, demək olar ki, hər gün telefonla danışır.
S.Rzayevin həyat yoldaşı Vəfa Rzayeva deyir ki, həkim əvvəllər xəstəxanada bir günlük növbədə olduğu üçün övladları onun növbəti gün evə gələcəyini səbirsizliklə gözləyirdilər.
Ətraflı videomaterialda: