Bakıda "Papanin" kimi tanınan Ceyhun Səlimov küçəsində yerüstü piyada zolağının olmaması yolu keçmək istəyənlərə ciddi problem yaradır.
Bununla bağlı Oxu.Az-a şikayət daxil olub.
Sakin bildirir ki, hərbi hospitalın qarşısı olmasına baxmayaraq, burada yerüstü piyada zolaqları silinib.
"Hospitaldan çıxan insanlar hərəkətin intensiv olduğu yerdən yolu çox çətinliklə keçirlər".
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) sorğu ünvanlanıb.
Əzizə İsmayılova
Rəylər