Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Sumqayıtda partlayış baş verən yaşayış binasında SON VƏZİYYƏT
Sumqayıtda yaşayış binasında baş verən partlayışdan bir aydan çox vaxt keçməsinə baxmayaraq, heç bir iş görülməyib.
Oxu.Az İTV-yə istinadən xəbər verir ki, partlayış zamanı kənara səpələnən beton parçaları və əşyalar belə yerindən tərpədilməyib.
Sakinlər bildiriblər ki, bina ilə bağlı hər hansı bir rəsmi sənəd və ya qərar verilməyib:
"Xəbərimiz yoxdur. Birinci gündə necə qalıbsa, hazırda elə qalmaqdadır. Bu günə qədər də hələ heç bir iş görülmür. Tam sakitlikdir".
Qeyd edək ki, mənzilləri zərər görən sakinlər müvəqqəti olaraq kirayə evlərə köçürülüb və onların aylıq ödənişləri qarşılanır. Buna baxmayaraq, bir çox sakin evlərinə qayıtmaq istəyir.
Ətraflı süjetdə:

"Binada partlayış" teqi üzrə xəbərlər
- Bakıda bağ evində baş verən partlayış nəticəsində xəsarət alan şəxs VƏFAT ETDİ
- Gəncədə partlayış baş verən binanın aqibəti necə olacaq?
- Haaqada güclü partlayış: Dağıntılar altında 20-yə qədər insan ola bilər
- Sumqayıtda partlayış baş verən binaya elektrik enerjisi və qaz nə vaxt veriləcək?
- Bu gün Sumqayıtda partlayış baş verən iki ərazidən FOTOREPORTAJ