Beş gün əvvəl Bakıda ürəyindən bıçaqlanaraq qətlə yetirilən şəxsin kimliyi məlum olub.
Oxu.Az xəbər verir ki, Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin rəisi İltimas Yusiflinin APA-ya verdiyi məlumata görə, aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində meyitin şəxsiyyəti müəyyən edilib.
Məlum olub ki, meyit Salyan rayon sakini, 1994-cü il təvəllüdlü Nurlan Xudaverdi oğlu Xudiyevə məxsusdur. Hazırda polis hadisəni törədən şəxsin və ya şəxslərin tapılması istiqamətində iş aparır.
Qeyd edək ki, hadisə Sabunçu rayonu ərazisində yerləşən “LUKoil” yanacaqdoldurma məntəqəsi ilə üzbəüz meşə massivində qeydə alınıb. Qeyd olunan ərazidə ürək nahiyəsindən bıçaq xəsarətləri almış naməlum şəxsin meyiti tapılıb.