Bakıda 64 yaşlı qadın yaşadığı evdə intihar edib.
Oxu.Az AzNews.az-a istinadən xəbər verir ki, hadisə avqustun 15-də saat 18:30 radələrində Nərimanov rayon Ceyhun Hacıbəyli küçəsi ev 36-da baş verib.
1950-ci il təvəllüdlü Zoya adlı qadının intiharının səbəbi naməlumdur.
Hadisə yerinə təcili tibbi yardım briqadası çağırılsa da mərhumun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı cinayət işi açılıb.