Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Bakıda bəzi ərazilər PLANA DÜŞƏCƏK - SİYAHI
Bakıda istismar müddətini başa vurmuş, eyni zamanda şəhərin görkəminə xələl gətirən tikililərin sökülməsi ilə əlaqədar iki komissiya yaradılıb.
Oxu.Az-ın xəbərinə görə, aidiyyəti qurumların iştirakı ilə Bakı şəhərinin yeni Baş Planına uyğun olaraq paytaxtda və ətraf ərazilərdə 20-ci əsrin əvvəllərində tikilmiş və istismar müddətini başa vurmuş, eyni zamanda şəhərin görkəminə xələl gətirən tikililərin sökülməsi zərurəti, habelə mühəndis-kommunikasiya qurğularının yenilənməsi, ərazinin abadlaşdırılması ilə əlaqədar Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti, Nizami, Rza Quliyev, Nabat Aşurbəyova, Mirzə Fətəli Axundzadə, Çingiz Mustafayev və Mirzəağa Əliyev küçələrinin əhatə etdiyi ərazidə yerləşən yaşayış və qeyri-yaşayış obyektlərinin satın alınaraq köçürülməsi sahəsində səlahiyyətli olacaq.
Komissiya Yasamal rayonu, Mirzə Fətəli Axundzadə küçəsi, 4 saylı ünvanda fəaliyyət göstərir. Yuxarıda göstərilən ərazidə yaşayan sakinlərdən sahibi olduqları tikililərə dair müvafiq sənədlərlə Komissiyaya müraciət etmələri xahiş olunur.
Ümumi prosesə, şəffaflığın təmin olunmasına nəzarəti isə Nazirlər Kabineti yanında yaradılmış xüsusi Komissiya həyata keçirəcək.
"Nazirlər Kabineti" teqi üzrə xəbərlər
- Baş nazir Əli Əsədov Dünya Minifutbol Federasiyasının prezidenti ilə görüşüb
- Azərbaycanda qaz təsərrüfatı obyektlərinin lisenziyalaşdırılması üçün əlavə şərtlər genişləndirilib
- Hərbi xidmət və tibbi müayinədən yayınanları nə gözləyir?
- Azərbaycanda köhnə tikililərin sökülməsi ilə üzə çıxan problemlərin həlli üçün təkliflər hazırlanıb
- Azərbaycan nümayəndə heyəti "Rusiya-İslam dünyası: Kazan Forum-2025" forumunda iştirak edib