"Global Media Group"a daxil olan "PhotoStock"un yaranmasından bu gün beş il ötür.
Oxu.Az xəbər verir ki, qısa müddətdə peşəkar fəaliyyəti, operativliyi və güclü vizual hekayəçiliyi ilə Azərbaycanın aparıcı fotoxəbər agentliklərindən birinə çevrilən "PhotoStock" minlərlə hadisəni tarixin yaddaşına həkk edib.
Dövlət əhəmiyyətli tədbirlərdən beynəlxalq platformalara qədər uzanan uğurlu fəaliyyət yolu boyunca "PhotoStock" hər kadrda peşəkarlığı və məsuliyyəti əks etdirib.
Oxu.Az kollektivi olaraq "PhotoStock"un yaradıcı heyətini yubiley münasibətilə təbrik edir, yeni uğurlar və yaddaqalan layihələr arzulayırıq!