Abşeronda sürücülük təlimi keçən şəxslərdən biri piyada keçidindən keçməyən piyadaların üztanıma vasitəsilə müəyyən edilərək cərimələndiyini iddia edib.
Oxu.Az xəbər verir ki, bununla bağlı videogörüntü sosial şəbəkələrdə yayımlanıb.
Özünü sürücülük təlimçisi kimi təqdim edən şəxs iddia edib ki, Xırdalanda da bütün Təhlükəsiz Şəhər Kameraları (TŞK) vasitəsilə yolu düzgün keçməyən piyadalara SİMA tətbiqi üzərindən cərimə yazılır.
Oxu.Az-ın sorğusuna cavab olaraq Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat təkzib olunub. Bildirilib ki, bu iddianın heç bir əsası yoxdur.