Nəfəsalmada problem varsa, bu zaman burun çəpəri əməliyyatı tibbi xidmətlər zərfinə daxildir.
Oxu.Az xəbər verir ki, bu sözləri İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Vətəndaş müraciətləri şöbəsinin koordinatoru Nərgiz Hacıyeva deyib.
O bildirib ki, plastik və kosmetik əməliyyatlar xidmətlər zərfinə daxil edilməyib:
“Vətəndaş burun çəpəri əməliyyatına İcbari Tibbi Sığortanın xidmətlər zərfi çərçivəsində o zaman müraciət edə bilər ki, tənəffüs sistemində, nəfəsalmasında ciddi çətinliklər yaşasın. Estetik məqsədlə keçirilən əməliyyat bura aid deyil”.
Könül Cəfərli