Sentyabrın 22-də Astara Rayon Polis Şöbəsinin və DTX-nin rayon şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Pensər kənd sakini Teymur Paşayevə məxsus “Mercedes” markalı avtomobilin salonundan 1 ədəd ov bıçağı aşkar edilib.
Bu barədə Oxu.Az-a DİN-nin mətbuat xidmətindən məlumat verilib.
Davam etdirilən əməliyyat tədbirləri ilə T.Paşayevin atası Ağadadaşın Pensər kəndində yaşadığı evdən isə bir ədəd pnevmatik tapança, bir ədəd müvafiq sənədləri olmayan “İJ-16” markalı tüfəng, yeddi ədəd patron və bir ov bıçağı aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.