İndoneziyada Anak-Krakatau vulkanı oyanıb.
Oxu.Az Türkiyə KİV-ə istinadla xəbər verir ki, bununla bağlı İndoneziyanın Klimatologiya, Meteorologiya və Geofizika İdarəsi məlumat yayıb.
Sentyabrın 21-dən bəri Lampunq bölgəsində yerləşən vulkanda 44 partlayış qeydə alınıb.
Vulkandan çıxan qatı tüstü 200 metr yüksəkliyə qalxıb.
İndoneziya hökuməti yerli sakinlərə təhlükəsiz regionlara getməyi tövsiyə edib.
Oxu.Az yeniləndi!