Yeni Günəşli və Zığda üç nəfər qanunsuz odlu silahları polisə təhvil verib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinə müraciət edən Yeni Günəşli və Zığ qəsəbəsində yaşayan üç nəfər dünyasını dəyişən qohumlarından qalan qanunsuz saxladıqları ümumilikdə üç ədəd ov tüfəngini könüllü olaraq bölmə əməkdaşlarına təhvil veriblər.
Əhalidə saxlanılan qanunsuz odlu silahların təhvil verilməsi istiqamətində aparılan profilaktik tədbirlərə dəstək verdiyi üçün hər üç vətəndaşa təşəkkür edilib.
19:52
Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların götürülməsi və vətəndaşlar tərəfindən könüllü təhvil verilməsi məqsədilə əməliyyat-profilaktiki tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş profilaktiki tədbirlər nəticəsində Aşağı Tala kənd sakini atasından qalan “İJ” markalı ov tüfəngini könüllü olaraq polisə təhvil verib.
Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər zamanı isə rayon sakinindən qanunsuz saxladığı bir odlu silah götürülüb, daha bir nəfər isə müvafiq sənədləri olmayan ov tüfəngini könüllü polisə təqdim edib.