Azərbaycanlıların yüz illərlə formalaşan mentalitetini geridə qalmışlıq kimi qəbul etməyə başlayıblar, Azərbaycan xalqının dəyərlərinin darmadağın edilməsi prosesini izləmək ağrılıdır.
Oxu.Az xəbər verir ki, bu barədə Novosti-Azerbaydajan-a ölkənin məşhur psixoloqu İlqar Hacıyev bildirib.
Müasir cəmiyyət haqqında sualı şərh edərkən, psixoloq qeyd edib ki, son bir neçə ildə dünyada baş verən hadisələr, sivilizasiyanın çox aşağı səviyyəyə endiyini göstərir.
“Cəmiyyətin sosial çürüməsi baş verir. Hal-hazırda insan kainatın mərkəzi kimi tərbiyə edilir, onun maraqları bütün ideologiyalardan yüksəkdir. Bu qəbildən olan tərbiyə mənfi formaya malikdir. Bu, insanda müxtəlif psixi geriləmələri inkişaf etdirir, onlar isə gələcəkdə həlledici rol oynaya bilərlər”, - Hacıyev hesab edir.
Onun sözlərinə görə, Azərbaycanda mənəviyyatın hər kəsin müvafiq olması gərəkdiyi ümumbəşəri prinsiplərinə müəyyən çərçivələr qoyulur:
“Bu, insan azadlığının məhdudlaşdırılması kimi qəbul edilməyə başlandı. Amma həmin normalardan yayınma, indi gördüklərimizin yaranmasına səbəb olur. Gənclər daha çox Avropa mədəniyyətinə yönlənirlər. Nəticədə yeniyetmələrin əksəriyyəti içki içir və siqaret çəkir. Həm də daha çox gənc qızlar siqaret çəkməyə başlayırlar”.
“Spirtli içkilər, narkotiklər və digər zərərli vərdişlər gənc nəslin həyat prioritetlərinə çevrilib. Cəmiyyətdə nəhəng dəyişikliklər ərəfəsində doğulan nəsil şərəf, ləyaqət, ali hisslər və romantika haqqında anlayışı olan, başqa dövrdə boya-başa çatan valideynlər tərəfindən tərbiyə edilib. Mən yaşca daha balaca olanlar üçün narahatam, təəssüf ki, onların əksəriyyətinin artıq müəyyən psixi çatışmazlıqları var”, - psixoloq deyib.