Bakı-Quba yolunda ağır yol qəzası baş verib.
Oxu.Az xəbər verir ki, Lent.az-ın məlumatına görə, magistralın 53-cü kilometrliyində, Xızı rayonu ərazisində 1979-cu il təvəllüdlü Həsənova Lalə Həsən qızının sürdüyü "Chevrolet-Aveo" aşıb.
Nəticədə avtomobildə olan sərnişin, 1986-cı il təvəllüdlü Abdullayeva Nazlı Vəli qızı xəsarət alıb və xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində cinayət işi açılıb.
Qəzaya səbəb kimi, sürücünün idarəetməni itirməsi göstərilir.
E.Ə.
www.oxu.az