"Qanvermə aksiyasında iştirak etməyimə əsas səbəb talassemiyalı uşaqlara dəstək olmaqdır".
Bunu Oxu.Az-a açıqlamasında Aşura günü ilə bağlı Azərbaycan İlahiyyat İnstitutunda keçirilən qanvermə aksiyasında iştirak edən Lalə Mirzə qızı Hüseynova deyib.
"Beşinci dəfədir ki, qanvermə aksiyasına qatılıram. Bundan əlavə, kiməsə qan lazım olduğu ilə bağlı hər hansı elanla rastlaşdıqda da çalışıram ki, qanımı əsirgəməyim. Hesab edirəm ki, bəzən bir qram qan da həyat qurtara bilər. Özüm də tibb sahəsində çalışıram və lazım olan anda qanın nə qədər vacib olduğunu görürəm. İnsanlarımızın bu aksiyaya qatılmasına çox sevinirəm", - Lalə Hüseynova bildirib.
Əzizə İsmayılova