Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Qarabağ Universiteti müəllim axtarır: İyulun 7-dək vaxt var
Qarabağ Universitetinin İncəsənət fakültəsində müəllim vakansiyası elan olunub.
Oxu.Az xəbər verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, Qarabağ Universitetində musiqişünaslıq, piano, violin, klarnet, saksofon, tar, kamança, saz, qanun, balaban, nağara, qarmon alətləri; xanəndəlik, rəsm, rəngkarlıq, sənətşünaslıq və milli vokal istiqamətləri üzrə müəllim vakansiyaları elan edilib. Tələblərə cavab verən namizədlər müraciətlərini mövzu yerinə "_ (istiqamət üzrə) müəllim" yazmaqla [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
Vakansiya üzrə son müraciət tarixi iyulun 7-dir.
"Qarabağ Universiteti" teqi üzrə xəbərlər
- Türk Dünyası Elm Mərkəzinin yaradılması təklif olunur
- Azərbaycanda diplomatik korpus nümayəndələrinin Qarabağa səfəri başa çatıb
- Prezidentin köməkçisi: "Azərbaycanın yanaşması Cənubi Qafqazda sülhün təməlini qoydu"
- Hikmət Hacıyev Füzuli aeroportundan paylaşım edib
- Baş prokurorun müavini və Qarabağ Universitetinin rektoru mühüm tərəfdaşlıq sənədi imzalayıb