Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Prezidentin köməkçisi: "Azərbaycanla Rusiya arasında münasibətlər ən yüksək səviyyədədir"
"Azərbaycanla Rusiya arasında ikitərəfli münasibətlər ən yüksək səviyyədədir".
"Report" xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda keçirilən Rusiya-Azərbaycan Ekspert Şurasının V iclasında deyib.
Onun sözlərinə görə, bu, artıq yaxşı ənənəyə çevrilib:
"Bu gün Azərbaycanla Rusiya arasında münasibətlər ən yüksək səviyyədədir. Ortaq mədəniyyət, tarix və qarşılıqlı hörmət bu əlaqələrin inkişafına kömək edib".
H.Hacıyev qeyd edib ki, bu, Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya dövlət başçısı Vladimir Putin arasında qarşılıqlı anlaşma sayəsində mümkün olub:
"Regionlararası əməkdaşlıq genişlənir. Azərbaycanın Rusiyanın 70-dən çox subyekti ilə əlaqələri var".
"İlham Əliyev" teqi üzrə xəbərlər
- Prezident İlham Əliyevin Çinə dövlət səfəri başa çatıb
- Türkmənistanın nüfuzlu informasiya portalı Prezident İlham Əliyevin Çinə səfərini işıqlandırıb
- Deputat: "Bəzi qüvvələr Azərbaycana qarşı hibrid təhdidlər yaratmağa başladılar"
- İlham Əliyev Pekində "China Energy Engineering Corporation Limited" şirkətinin sədri ilə görüşüb
- Azərbaycan Prezidentinin Çinə dövlət səfəri dünya mediasında