Polşanın “Piast” klubu azarkeşlərinin “Qarabağ”la Avropa Liqasının II təsnifat mərhələsinin cavab görüşündəki yolverilməz davranışları cəzasız qalmayıb.
Oxu.Az Lent.az-a məlumatına görə, UEFA İntizam Komitəsi Qlivitse komandasını 5 min avro cərimələyib.
Qurumun rəsmi açıqlamasında bildirilib ki, görüş zamanı yerli fanatlar rasist hərəkətlərə yol verərək, irqçi banner nümayiş etdiriblər.
İntizam Komitəsi “Piast”ı cərimələməklə yanaşı, kluba məxsus stadionda “Ultras” fanat qrupunun yer aldığı hissəni də bağlayıb.
“Qarabağ”la oyun zamanı “Piast” azarkeşləri Dağlıq Qarabağdakı erməni icmasının saxta bayrağını nümayiş etdirib.
Onlar həm də Ağdam komandasının qaradərili futbolçularını irqçi şüarlarla təhqir ediblər.
“Qarabağ” rəsmilərinin UEFA nümayəndəsinə şikayətindən sonra separatçıların bayrağı yığışdırılıb.
Oyunun əsas vaxtı “Piast”ın qələbəsi ilə yekunlaşıb – 2:1. Əlavə vaxtda isə “Qarabağ” hesabı bərabərləşdirərək, iki oyunun cəmində mərhələ adlayıb.