Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Qaradağda QƏZA: Sərnişin avtobusu YÜK MAŞININA ÇIRPILIB
Bakının Qaradağ rayonu ərazisində sərnişin avtobusu qəzaya düşüb.
Oxu.Az xəbər verir ki, bununla bağlı videogörüntü sosial şəbəkədə yayımlanıb.
Qeyd olunub ki, bu gün səhər saatlarında 596 nömrəli sərnişin avtobusu yük maşınına çırpılıb.
Məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq xəttin məxsus olduğu "F-Rövşən" İstehsalat Mərkəzinin direktoru Elşən Quliyev faktı təsdiqləyib:
"Avtobus "Sədərək" Ticarət Mərkəzidən üzü şəhər istiqamətinə gələndə "Mercedes" markalı avtomobil sürüşüb avtobusa çırpılıb. Bu səbəbdən avtobus da sürüşərək yük maşınına dəyib.
Avtobusda sürücüdən başqa heç kim olmayıb. Xəsarət yoxdur. Avtobusun ön hissəsinə ziyan dəyib", - deyə E. Quliyev bildirib.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Rüstəm Əhmədli Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, hadisə bu gün saat 8:00-da qeydə alınıb.
"Qaradağ rayonu ərazisində Xocəsən yolunda 90-ZG-159 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobil 50-AE-099 dövlət nömrə nişanlı avtobusa, avtobus isə "Volvo" markalı, Rusiyaya məxsus B-310 P-O102 nömrəli yük maşınına çırpılıb.
Hadisə nəticəsində xəsarət alan olmayıb. Faktla bağlı Qaradağ Rayon Polis İdarəsində araşdırma aparılır", - deyə R.Əhmədli bildirib.
Əzizə İsmayılova
"Yol-nəqliyyat hadisəsi" teqi üzrə xəbərlər
- Bakıda buzlu yolda baş verən qəzaların ANBAAN GÖRÜNTÜLƏRİ
- Ötən gün ölkə ərazisində bir qəza baş verib, beş nəfər xəsarət alıb
- Aeroport yolunda zəncirvari QƏZA
- Hacıqabulda yük avtomobillərinin toqquşması nəticəsində xəsarət alan şəxsin SON DURUMU AÇIQLANDI
- Binəqədidə baş verən dəhşətli qəzada xəsarət alan şəxsin son durumu AÇIQLANDI