Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Leyla Əliyeva və Arzu Əliyeva Bəhreynin RAK İncəsənət Fondunda olublar
Bəhreyn Krallığına səfər çərçivəsində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva bu ölkənin RAK İncəsənət Fondunu ziyarət ediblər.
AZƏRTAC xəbər verir ki, ziyarət zamanı burada təqdim edilən dünya şöhrətli rəssamların əsərlərindən ibarət ekspozisiya ilə də tanışlıq olub.
RAK İncəsənət Fondu müxtəlif sənət sərgilərindən əldə olunan, ayrı-ayrı nəsilləri və incəsənət məktəblərini təmsil edən bəhreynli rəssamların əsərlərinin ən seçmə nümunələrini təqdim edir. Qeyri-kommersiya təşkilatı olan RAK rəssamların dünya miqyasındakı rolunu gücləndirir və müxtəlif sərgilər, tədbirlər, əməkdaşlıq təşəbbüsləri vasitəsilə beynəlxalq tərəfdaşlıqlara töhfə verir. Fondun fəaliyyətinin məqsədi incəsənət təmsilçilərini bir araya gətirmək, ictimaiyyəti maarifləndirmək, tənqidi mühakimə yürütmək və sosial dialoq üçün platforma təmin etməkdir.
RAK İncəsənət Fondunun rəssamlarının əsərləri Azərbaycan izləyicilərinə ötən il Bakıda açılan sərgidə təqdim edilmişdi. Həmçinin Heydər Əliyev Mərkəzində RAK İncəsənət Fondunun təsisçisi və görkəmli bəhreynli rəssam Raşid Al Xalifanın sərgisi təşkil olunmuşdu.
Qeyd edək ki, Azərbaycanla Bəhreyn arasında müxtəlif sahələrdə, o cümlədən incəsənət sahəsində səmərəli əməkdaşlıq qurulub. Ümumbəşəri sənət dili sayılan incəsənət xalqlar arasında qarşılıqlı anlaşma və dostluq əlaqələrinin qurulmasına mühüm töhfədir. Mədəni sahədə əlaqələr ölkələrimiz arasında gələcək tərəfdaşlıq imkanlarının daha da genişlənəsinə zəmin yaradır.
"Leyla Əliyeva" teqi üzrə xəbərlər
- Leyla Əliyeva Ramazan bayramı münasibətilə paylaşım edib
- Leyla Əliyevanın təşəbbüsü ilə Xızı rayonunda uşaqlar üçün Novruz şənliyi keçirilib
- Leyla Əliyeva və Arzu Əliyeva "Ümid Yeri" Uşaq Sığınacağını ziyarət ediblər
- Leyla Əliyeva Qırmızı qəsəbədə "Altı günbəz" sinaqoqunda olub
- Leyla Əliyeva Qubada "Səkinə xanım" məscidini ziyarət edib