Bakıda şadlıq evində ölüm hadisəsi baş verib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Qaradağ rayonunun Sahil qəsəbəsində yerləşən şadlıq evlərindən birində qeydə alınıb.
Orada keçirilən toy mərasiminə qonaq qismində qatılan Cəlilabad rayon sakini, 1951-ci il təvəllüdlü Səmid Məmmədov qəfildən ölüb. Onun ürək tutmasından öldüyü ehtimal olunur.
Faktla bağlı araşdırma aparılır.
E.Ə.
www.oxu.az