Qax rayonuna yağan leysan yağışlar Çüdüllü kəndinə də ziyan vurub.
Oxu.Az-ın məlumatına görə, “Report”un Şimal-Qərb bürosu xəbər verir ki, hazırda dəymiş ziyanın məbləği hesablanır.
Çüdüllü kəndində də şəxsi təsərrüfatlara ziyan dəyib, bir neçə evin həyətyanı sahəsinin divarı aşıb, toyuq-cücələr tələf olub, evlərin zirzəmiləri su ilə dolub.
09:20
Gecə saatlarında Qax rayonuna yağan leysan yağışlar fəsadlara səbəb olub.
Oxu.Az-ın məlumatına görə, “Report”un Şimal-Qərb bürosu xəbər verir ki, nəticədə rayonun Marsan kəndindən keçən Qapıçay daşıb və kəndin çox hissəsində həyətləri su basıb.
Yerli təsərrüfata ziyan dəyib.
U.A.
www.oxu.az