Bakı şəhər Dövlət Yol Polisi İdarəsi dünən sürücülərə Bakıda keçiriləcək IV İslam Oyunları ilə bağlı xüsusi hərəkət zolaqları (sarı zolaqlar) ilə əlaqədar xəbərdarlıq edib.
Oxu.Az xəbər verir ki, xəbərdalıqda mayın 5-dən etibarən IV İslam Həmrəyliyi Oyunlarına cəlb olunmuş nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin bu zolaqlara daxil olmamaları qeyd olunub.
May ayının 25-ə qədər həmin zolaqlara daxil olan nəqliyyat vasitələrinin sürücüləri inzibati qaydada məsuliyyətə cəlb olunacaqlar.
Bu xəbərdarlığa baxmayaraq, hələ də bəzi sürücülər sarı zolaqlara girməyə davam edirlər.
Həmin fotoları təqdim edirik :
İsmayıl Nur