Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Qazaxda qazdoldurma məntəqəsinin fəaliyyəti dayandırılıb - FOTO/VİDEO
Fövqəladə Hallar Nazirliyinin (FHN) Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi sənayedə və dağ-mədən işlərində təhlükəsizliyin təmin olunması məqsədi ilə agentliyin müfəttişləri Qazax rayonunun Xanlıqlar kəndi ərazisində fəaliyyət göstərən fərdi sahibkar Vidadi Məmməd oğlu Bədəlova məxsus maye qazdoldurma məntəqəsində plan üzrə yoxlama aparıblar.
Bu barədə FHN-in Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, yoxlama zamanı məntəqədə insan həyatı və sağlamlığı üçün təhlükə yarada biləcək pozuntular aşkarlanıb. Belə ki, maye qazdoldurma məntəqəsində istismar olunan bir ədəd tutumun istismar müddətinin bitdiyi, tam texniki müayinələrin aparılmadığı, nəzarət-ölçü cihazları və qoruyucu qurğuların yoxlanılmadığı müəyyən edilib.
Aşkar olunan nöqsanların dərhal aradan qaldırılmasının mümkün olmadığı və insan həyatı və sağlamlığı üçün yaratdığı təhlükə nəzərə alınaraq, maye qazdoldurma məntəqəsinin istismarı agentliyin əməkdaşları tərəfindən dayandırılıb və pozuntuların aradan qaldırılması üçün tərtib olunmuş aktın bir nüsxəsi sahibkara təqdim edilib.
Bununla yanaşı, texniki təhlükəsizliklə bağlı obyektin sahibi ilə profilaktik söhbət aparılıb, aşkarlanmış texniki təhlükəsizliklə bağlı pozuntuların aradan qaldırılması üçün müvafiq tövsiyələr verilib.
"Fövqəladə Hallar Nazirliyi (FHN)" teqi üzrə xəbərlər
- ANAMA: Bu il Qarabağda 6 min 500-dən çox mina zərərsizləşdirilib
- Kürdə batdığı ehtimal edilən 13 yaşlı qızın axtarış işləri davam etdirilir
- Qəzaya uğramış təyyarənin iki ekipaj üzvü artıq Bakıdadır
- Ağdamda tikilinin damında kişi meyiti tapılıb
- Təyyarə qəzasında həlak olanların cənazələri yaxın zamanda Azərbaycana gətiriləcək - RƏSMİ
Rəylər