Lənkəranın Boladi kəndində iki piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, bu barədə Report-un Cənub bürosu məlumat yayıb.
Qeyd edilir ki, hadisəni "Qazel" markalı avtomobilin sürücüsü törədib.
Qəza nəticəsində 1999-cu il təvəllüdlü Cəfərov Elvin Nadir oğlu və təqribən 17-18 yaşında olan Nihat adlı gənc xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Yaralılardan birincinin vəziyyəti qənaətbəxş olsa da, digərinin vəziyyəti ağırdır. Nihat reanimasiya şöbəsinə yerləşdirilib.
L.Ə.