Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
“Qazprom” şirkətində soydaşımıza yüksək vəzifə verildi
Rusiyanın “Qazprom” şirkətinin İdarə Heyəti sədrinin müavini vəzifəsinə azərbaycanlı Famil Sadıqov təyin edilib.
TASS xəbər verir ki, o, iqtisadi-maliyyə fəaliyyətindən məsul olacaq.
Qeyd edək ki, F.Sadıqov 1968-ci ildə Azərbaycanda anadan olub. O, S.Orconikidze adına Dövlət İdarəçilik Akademiyasını və Ümumrusiya Vergi Akademiyasının məzunudur, iqtisad elmlər namizədidir. 1995-1999-cu illərdə RF Maliyyə Nazirliyində və Federal Dövlət Xidmətində müxtəlif vəzifələrdə işləyib. 1999-2004-cü illərdə RF vergilər və rüsumlar nazirinin müavini olub. Bu vəzifədə işlədiyi dövrdə ona II dərəcəli RF dövlət xidməti həqiqi dövlət müşaviri rütbəsi verilib. 2005-2009-cu illərdə Federal Xəzinədarlığın rəhbərinin müavini olub. 2009-cu ildən Rusiya “Qazprombank”nın İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışıb.
"Maliyyə Nazirliyi" teqi üzrə xəbərlər
- Azərbaycanda "Sektorlar üzrə strateji planların hazırlanması Qaydası" təsdiq olunub
- Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırmaqda ittiham olunan şəxsə HÖKM OXUNDU
- Azərbaycanda onkoloji tibb xidmətlərinin maliyyələşdirilməsi artırılacaq
- "41 milyardlıq büdcədə 187 milyonluq fərq o qədər də böyük deyil" - Nazirdən deputata CAVAB
- Boykot uğursuz oldu, Qreta autda: COP29 - Azərbaycanın siyasi qələbəsidir
Rəylər