Qəbələ sakini Seymur Cavadov lazımsız əşyalardan göz oxşayan bina və evlərin maketlərini, mənzillərin işıqlandırılması, mebel dəstləri, hamam və mətbəx aksesuarları düzəldir. O, 4 ildir bu işlə məşğuldur.
Oxu.Az Xezerxeber.az-a istinadən məlumat verir ki, o bütün bunları karton, kağız, taxta parçaları, daşlar, ağac budaqları və digər tullantı materiallardan istifadə etməklə hazırlayır.
Seymur Cavadovun istəyi gələcəkdə Azərbaycanda olan tarixi abidələrin maketlərini hazırlamaq və bu əl işlərini beynəlxalq sərgilərdə nümayiş etdirməkdir.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
İ.N.