Bakıda ər arvadını döyərək müxtəlif dərəcəli xəsarətlər yetirib.
Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, Səbail rayonu Səməd Vurğun küçəsində yaşayan Aysel Ubidige polisə müraciət edərək bildirib ki, Nigeriya vətəndaşı olan həyat yoldaşı, Erik Samuel Ubidige mayın 29-da onu vəhşicəsinə döyərək xəsarətlər yetirib.
Xəsarətlərin dərəcəsini müəyyənləşdirmək üçün ekspertiza təyin edilib.
Faktla bağlı araşdırma aparılır.
S.B.
www.oxu.az