Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Qədim tağ evləri və kurqanlar - Qoşaqışlaq kəndindən FOTOREPORTAJ
Qoşaqışlaq, digər adı ilə Aşağıqışlaq kəndi salındığı ərazinin adını daşıyır. Tarixi çox qədimlərə gedib çıxan kəndin ərazisində eramızdan əvvəl II-III minilliyə aid kurqanlar və mağaralar yerləşir.
Məlumata görə, bu ərazi vaxtilə Bakı kəndlərinə məxsus qışlaq yerləri kimi istifadə olunub. Kənd əhalisinin əsas məşğuliyyəti heyvandarlıq olduğundan, həmin qışlaq yerləri bu gün də öz funksionallığını qoruyub saxlayır.
Qoşaqışlaq kəndində diqqətçəkən tikililərdən biri də qədim tağ evlərdir. Kənd sakinlərinin sözlərinə görə, bu evlər XV-XVI əsrlərə aiddir. Daş və gildən inşa olunan tağ evlər qışda isti, yayda isə sərin olması ilə seçilir.
Sakinlərin bildirdiyinə görə, bu evlər iki hissədən ibarət olub: bir hissəsi insanlar üçün yaşayış sahəsi kimi, digər hissəsi isə mal-qaranın saxlanması üçün nəzərdə tutulub. Evlərlə yanaşı, kənddə "dobla" adlandırılan samanlıqlar da mövcuddur. Maraqlıdır ki, tağ evlərlə samanlıqlar arasında xüsusi keçidlər olub.
PhotoStock.az-ın Qoşaqışlaq kəndində yerləşən qədim tağ evlərdən hazırladığı fotoreportajı təqdim edirik:
Daha çox foto: PhotoStock.az
"Azərbaycanın tarixi abidələri" teqi üzrə xəbərlər
- Sündü mağaraları: Tarixin sığınacağı və mübarizə qalası
- Xaçmazda XIX əsrə aid alban məbədi — Tarix və memarlıq irsi
- Xankəndidə orta məktəbi bitirən şəhid övladları üçün intellektual düşərgə təşkil olunub
- Prezident TƏSDİQLƏDİ - Azərbaycanda abidələrə vahid qaydada pasport veriləcək
- İçərişəhərdə uşaqlar üçün nağıl gerçəyə çevrildi – Qoruq rəsmisindən AÇIQLAMA