Qəzza bölgəsində yaranmış vəziyyətlə əlaqədar Azərbaycanın Misirdəki səfirliyinin səyləri ilə bu bölgədən 11 Azərbaycan vətəndaşı təxliyə edilib.
Oxu.Az xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, təxliyə prosesi Xarici İşlər Nazirliyi ilə əlaqələndirilmiş şəkildə həyata keçirilib.
Təxliyə edilmiş vətəndaşlar hal-hazırda Azərbaycandadır.