Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Qızı ağır xəstəlikdən vəfat edən ata ÖZÜNÜ ÖLDÜRDÜ
Zaqatalada 71 yaşlı kişinin meyiti köhnə tikilidə asılı vəziyyətdə tapılıb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün rayonun Muğanlı kəndində baş verib.
Kənd sakini 71 yaşlı Baxış Hüseyn oğlu Hüseynovun meyiti yaşadığı evin həyətyanı sahəsindəki köhnə tikilidə asılı vəziyyətdə yaxınları tərəfindən aşkar olunub. İlkin araşdırma zamanı B.Hüseynovun intihar etdiyi məlum olub.
Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda araşdırma aparılır.
Əldə olunan məlumata görə, B.Hüseynovun ailə quraraq rayonun Qandax kəndinə köçən qızı bir-neçə ay əvvəl xərçəng xəstəliyindən dünyasını dəyişib.
Yaxınları övladının vaxtsız ölməsinin atasına pis təsir etdiyini, daim fikirli göründüyünü deyib.
"Zaqatala rayonu" teqi üzrə xəbərlər
- Zaqatalada 37 yaşlı şəxs özünü tövlədə asdı
- Zaqatalada ağacların kəsilməsi ilə bağlı cinayət işi başlandı: Vəzifəli şəxslər işdən ÇIXARILDI
- Qəzalı körpünün aqibəti necə olacaq?
- Hindistanlı turistin qalıqlarını tapan şəxs DANIŞDI: "Yanında tonqal qalanmışdı"
- Qızdırma ilə Zaqatala xəstəxanasına çatdırılan gəncin ölüm səbəbi açıqlandı