Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Tovuzda spirtli içki qəbul edən çoban boğulub öldü
Tovuzda Kür çayının kənarında 41 yaşlı çobanın meyiti tapılıb.
Rayonun Qaraxanlı kənd sakini olan Ramin Kərəmov Ceyrançöl ərazisində digər çobanlarla görüşüb.
"Bizə gəlmişdi. Həmin vaxt yemək yeyirdik. Çağırdım, gəldi, yemək yedi. Bir az söhbət etdik, sonra çıxıb getdi. Bir-iki dəqiqədən sonra gördüm ki, atdan yıxılıb. 4-5 stəkan araq içmişdi. Maşınla evlərinə apardıq. Təcili tibbi yardım çağırdıq, dedilər ki, dünyasını dəyişib", - deyə çobanın dostu Sübhan Abbasəliyev bildirib.
Hadisə yerinə gələn təcili tibbi yardım əməkdaşlarının səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, Ramin Kərəmov ailəli olub, 3 övladı var.
Faktla bağlı Tovuz Rayon Prokurorluğunda araşdırma aparılır.
Ətraflı Baku TV-nin süjetində:

Tovuz rayonunda faciəli ölüm hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, 1984-cü təvəllüdlü Ramin Kərəmov rayonun Qaraxanlı kəndi, Ceyrançöl ərazisində çoban işlədiyi yataqda qusma nəticəsində boğulmadan ölüb.
Məlumata görə, R.Kərəmov spirtli içki qəbul edib. Təcili tibbi yardım əməkdaşlarının səylərinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.
Hadisə yerinə polis əməkdaşları cəlb olunublar.