Bu gün Bakı şəhərində güclü istilər müşahidə olunur. Müəyyən sahələrdə isə işlər hələ də davam edir.
Oxu.Az-a “Azəravtoyol” ASC-dən bildiriblər ki, hazırda işlər davam edir. Əgər havanın temperaturu 41 dərəcəni keçərsə, bu halda işlər dərhal dayandırılacaq.
ASC-nin mətbuat xidmətini rəhbəri Anar Nəcəflinin sözlərinə görə, bu halda “Azəravtoyol” ASC tərəfindən işlər saat 12:00-dan 16:00-dək dayandırılır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən isə qeyd ediblər ki, bu gün Bakı şəhərində havanın temperaturu 41 dərəcəni keçməyib. Bununla belə, növbəti günlərdə havanın temperaturunun 41 dərəcəyədək artacağı gözlənilir.
Ülviyyə R. Əli
www.oxu.az