Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

"Qobu Park-2" yaşayış massivində içməli suyun verilişində yaranan problemlə bağlı AÇIQLAMA
"Ərazidə su xəttində qəza baş verdiyindən və qəzanın aradan qaldırılması, su anbarını doldurmaq üçün fevralın 10-da saat 9-dan saat 12-yə kimi fasilə yaranıb".
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib.
"Problem aradan qaldırılandan sonra və hazırda da sakinlər daimi su ilə təmin olunurlar", - deyə qurumdan bildirilib.
Qeyd edək ki, sakinlər üç gündür sözügedən ərazidə içməli suyun fasilələrlə verildiyini bildirirlər.
Aləmdə Nəsib
Qaradağ rayonu, Lökbatan qəsəbəsi, "Qobu Park-2" yaşayış massivində içməli suyun verilişində fasilələr yaranıb.
Oxu.Az-a daxil olan məlumata görə, vəziyyət artıq üç gündür ki, davam edir.
Sakinlər qeyd edirlər ki, gün ərzində dörd-beş saat - təxminən saat 20:00-00:00 arasında içməli su verilir.
Səbəb kimi isə Səngəçal-Qaradağ magistral su xəttində qəzanın baş verdiyi göstərilir.
Məsələ ilə bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə (ADSEA) sorğu verilib.
Aytac Qasımova
"Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA)" teqi üzrə xəbərlər
- 1 saylı Sumqayıt "ASAN xidmət" fəaliyyətini qismən məhdudlaşdırıb
- Xocəsən-Biləcəri xəttində qəza baş verib, Bakının bəzi ərazilərində su kəsilib
- Azərbaycan Su Ehtiyatları Agentliyində iki qardaşa yüksək VƏZİFƏ VERİLDİ
- Şöbə müdiri: "Sudan ödənişli istifadə qaydasının diferensiallaşdırılması üçün layihə hazırlanacaq"
- "Azərbaycanın su ehtiyatlarında 20% azalma müşahidə olunur"