Bakı-Şamaxı-Yevlax avtomobil yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, Qobustan rayonu ərazisində Şəki rayon sakini 1991-ci il təvəllüdlü Nurəhmədov Rövşən Hacı oğlunun idarə etdiyi avtomobil aşıb.
Avtomobilin aşmasına yolun buz bağlaması səbəb olub.
Hadisə nəticəsində sürücü və sərnişinlər Şəki rayon sakinləri - 1996-cı il təvəllüdlü İmanov Elnur Sabir oğlu, 1985-ci il təvəllüdlü Tahirov Eldar Orucoğlu oğlu və 1998-ci il təvəllüdlü Cəlilov Murad Nadir oğlu müxtəlif bədən xəsarətləri ilə Qobustan Rayon Mərkəzi xəstəxanasına yerləşdirilib. Cərrahiyə şöbəsinə yerləşdirilən şəxslərə ilkin tibbi yardım göstərilib, onların vəziyyəti kafi qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.